“İllər keçəcək, lakin Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət dillərdə dastan olmağa davam edəcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, həqiqətən də söhbət möhtəşəm bir qələbədən, tarixi bir uğurdan gedir:
“Azərbaycan xalqının əldə etdiyi bu tarixi nailiyyət, milli iradənin və uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan xalqı böyük bir qələbəni təmin etdi. Burada, təbii ki, bir çox amillər mühüm rol oynadı. Lakin əsas rolu Prezident İlham Əliyevin qətiyyəti, prinsipial siyasəti və həyata keçirdiyi ardıcıl, məqsədyönlü strategiya oynadı”.
C. Məmmədov onu da əlavə edib ki, Azərbaycan xalqı uzun illər bu müharibəyə hazırlaşırdı:
“Yəni, bu qələbəni əldə etmək üçün uzun illər boyunca sistemli və ardıcıl iş aparıldı. Xalqımız bu qələbəyə doğru irəlilədi və nəticədə bu tarixi nailiyyəti əldə etdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz töhfəsini verdi və xalqımız bu tarixi zəfərə nail oldu. Burada bir çox amillərin rolu var idi. Uzun illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət – vətənpərvər, bilikli, savadlı və güclü gənc nəslin yetişdirilməsi, ordunun gücləndirilməsi və müdafiə sisteminin inkişaf etdirilməsi bu prosesin uğurla tamamlanmasına şərait yaratdı. Bu tədbirlərin hər biri öz nəticəsini verdi və Azərbaycan Ordusunun güclənməsi, döyüş hazırlığının artırılması qələbəyə aparan əsas faktorlar oldu. Bu proseslər davamlı şəkildə həyata keçirildi və nəticədə xalqımız şanlı tarix yazdı”.
Leyla Turan
Demokrat.az