Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir — VİDEO

SOSİAL 01 aprel 2025, 09:37
Azərbaycanda 2024-2025-ci illər üzrə ov mövsümü təxminən 1 ay öncə -martın 2-si başa çatıb. Ancaq hələ də müxtəlif restoranların menyularında ovlanmış quş - bildirçin, kəklik, qırqovul, bəzgək və digər quş ətindən olan yeməklərə rast gəlinir. Hətta menyuya salınan quşlardan bəziləri nəsli kəsilməkdə olan quş növləridir. Bəs qadağan olunmasına baxmayaraq bu quşlar necə ovlanır?

Xezerxeber.az-ın məlumatına görə, həmin restoranlardan birinə "Ov mövsümü bitib, bu quşlar hardan gəlir" sualını verdik.

Bəzi restoran sahibləri bu çöl quşlarının özəl təsərrüfatlarda yetişdirildiyini desələr də, mütəxəssislər bu quşların ovlanmasının hələ davam etdiyini bildirir. 

Uzun illərdir bu sahədə tədqiqat aparan biologiya üzrə fəlsəfə doktoru ornitoloq Elçin Sultanov deyir ki, yeyilən quşlar əsasən ördəklər və toyuqkimilərdir. Onların da 8 növündən sadəcə birinin - kəkliyin ov icazəsi var.

Ornitoloqun sözlərinə görə, bu məsələni tam şəkildə tənzimləmək mümkün deyil.

Elçin Sultanov deyir ki, çöl quşlarını özəl təsərrüfatlarda saxlayıb artırmaq istəyənlər çox azdır. Bu səbəbdən "mədəni ov" ölkədə yox dərəcəsindədir .

Qeyd edək ki, ov mövsümü bitdikdən sonra quş və heyvan növlərinin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağandır. "Qırmızı kitab"a düşən nadir və nəsli kəsilməkdə olan heyvanların ovlanmasına görə isə qanunla müəyyən edilmiş qaydada cərimələr nəzərdə tutulub.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top