Tramp administrasiyası qurumların işçilərini 50% ixtisar edə bilər

DÜNYA 28 mart 2025, 09:42
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın bir sıra federal qurumlarının işçilərini əhəmiyyətli dərəcədə ixtisar etmək niyyətindədir.

Demokrat.az  xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Nəşrin məlumatına görə, qurumların bəzilərində işçilərin sayı 50% azaldıla bilər.

Trump bundan öncə hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər elan edib.

Bu məqsədlə ABŞ Prezidenti sahibkar İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət etmək üçün təyin edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top