Hakerlər bu şirkətin fəaliyyətini iflic etdilər

DÜNYA 26 mart 2025, 17:20
Rusiyanın “Lukoyl” neft şirkəti kütləvi haker hücumuna məruz qalıb. Şirkətin əməkdaşlarına problem aradan qalxana qədər xidməti kompüterlərdən istifadə etmələri qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, artıq istifadəçi adı və şifrələri ilə “Lukoyl”un daxili şəbəkəsinə qoşulan işçilərin dərhal sistemdən çıxmaları tələb olunub.

Eyni zamanda şirkətə aid yanacaq doldurma məntəqələrində bank kartları ilə ödənişlərdə çətinliklər yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top