Belarusla oyunda heyətdə dəyişiklik edəcəyik.
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusla keçiriləcək yoldaşlıq görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Sabahkı matçda bir neçə oyunçunun şans qazana biləcəyini söyləyən baş məşqçisi əlavə edib: "Səbuhi Abdullazadə də onlardan biridir. Nəzərə almaq lazımdır ki, iki dəfə dalbadal oynamaq heç də asan deyil. Buna görə də heyətdə dəyişiklik etmək qərarına gəldik. Bəzi futbolçulara istirahət verəcəyik. Qapıda kimin dayanacağına isə məşqdən sonra qərar verəcəyik".
Azərbaycan millisində çatışmazlıqlardan bəhs edən portuqaliyalı mütəxəssis deyib: "Hücumda bəzi problemlər var. Müdafiə baxımından da çatışmazlıq gözlə görüləndir. Əgər yüksək nəticə əldə etmək istəyiriksə, daha aqressiv oynamalıyıq. Qələbəyə inanmalı və qol imkanlarından maksimum dərəcədə istifadə etməliyik".
Qeyd edək ki, martın 25-də Masazırda yerləşən “Bank Respublika Arena”da təşkil olunacaq Azərbaycan-Belarus qarşılaşması saat 21:45-də başlayacaq.