Azərbaycan dilində böyük verilənlər bazası yaradılacaq

GÜNDƏM 15 mart 2025, 13:14
Azərbaycan dilində böyük verilənlər bazasının yaradılması, onun əsasında süni intellektin formalaşdırılması layihəsi əsas təşəbbüslərdən biridir.

Demokrat.az
Trend-ə istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, texnoji həllərlə bağlı təmsil etdiyi qurum 52-dən çox layihəni nəzərdən keçirir: "Həmçinin, Dünya İqtisadi Forumu ilə əməkdaşlığımız davam edir. Dünyada 20-dən çox 4-cü sənaye inqilabı mərkəzi var. Onlarda olan təcrübələri öyrənirik. ÖyrəndiklərimiziAzərbaycanda maraqlı tərəflərə dəstək oluruq. Həm universitetlərə, həm sahibkarlara, həm də dövlət qurumlarına yeni texnoloji həllərdə dəstək oluruq. Məsələn, artıq İqtisadiyyat Nazirliyinin çağrı mərkəzində süni intellektin tətbiqi ilə bağlı bir layihəmiz başlayıb".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top