Məhəmmədidə iki yük maşını bir-birinə çırpıldı, sürücülərdən biri.. — VİDEO

HADİSƏ 13 mart 2025, 12:55

Abşeron rayonu, Məhəmmədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki,  qəza martın 13-də saat 07:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-JR-194 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını, “Hyundai” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KamAZ” sürücüsünün qayda pozması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücülərdən birinin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 15:13
Top