Saakaşvilidən ona oxunan hökmə REAKSİYA

DÜNYA 13 mart 2025, 09:51
Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib. 

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Saakaşvili hökmünə münasibət bildirib.

O bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib:

"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!".

Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə "Vivamed" klinikasına köçürülüb.

Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 15:13
Top