"RABİTƏBANK" tender elan edir

MALİYYƏ 12 mart 2025, 17:53
"RABİTƏBANK" ASC açıq tender elan edir.

Tenderin adı: “Dell Vxrail klusteri üçün əlavə node alışı ”
Tenderin elan tarixi: 12.03.2025
Tenderin son tarixi: 19.03.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

•    İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
•    MAF sənədinin təqdim edilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Qiymət təklifi zərfdə və möhürlü(Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istək olunacaq 
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top