Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib — İlon Mask

DÜNYA 11 mart 2025, 12:53
ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına əsasən bildirib.

"Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask “Fox Business”ə müsahibəsində bildirib.

Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top