Azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarlanıb

GÜNDƏM 10 mart 2025, 10:36
"Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib".

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub.

Onun sözlərinə görə, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib:

"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top