
Xalq Bank 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə XalqKart sahibləri üçün xüsusi keşbek kampaniyası təqdim edir.
7-9 mart tarixlərində kafe-restoran, parfümeriya, gül dükanları və gözəllik salonları kateqoriyalarında XalqKart ilə ödəniş edən müştərilər 8% keşbek/petrol qazanacaqlar.
XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 8% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- onlayn sifariş və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.
XalqKartı XalqOnline mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.