Su nə zaman içilməməlidir?

GÜNDƏM 06 mart 2025, 10:30

Suyun düzgün istehlakı sağlam həyat tərzinin vacib hissəsidir. Günlük su ehtiyacımızı ödəməklə yanaşı, bəzi hallarda su içməkdən çəkinmək də lazımdır. Çünki bəzi vaxtlarda içilən su sağlamlığa mənfi təsir göstərə bilər. Bundan əlavə su içmə vərdişlərini düzgün idarə etməklə arıqlamaq da mümkündür.

Demokrat.az xəbər verir ki, insan orqanizminin həzm sistemindən immun sisteminə qədər normal fəaliyyət göstərməsi üçün su əsas amillərdən biridir. Günlük su ehtiyacını ödəməmək müxtəlif xəstəliklərə yol açır. Lakin suyun istehlak zamanı da böyük əhəmiyyət kəsb edir. Bəzi hallarda su içmək faydadan çox zərər verə bilər.

Su içilməməli olan vaxtlar:

1. Yuxu arasında

Gecə yuxu zamanı bütün orqanlar,jə o cümlədən böyrəklər də dincəlir. Yuxu arasında su içmək böyrəklərin daha çox işləməsinə səbəb olaraq onların ömrünü qısalda bilər.

2. Meyvə yedikdən sonra

Meyvələrin tərkibində təbii şəkər və maya olduğuna görə, onlardan sonra su içmək mədə turşusunun artmasına səbəb olur. Bu, həzmin yavaşlamasına və qaz yığılmasına gətirib çıxarır, nəticədə şişkinlik yaranır.

3. Qusduqdan sonra

Qusduqdan dərhal sonra su içmək mədəni yenidən qıcıqlandıra bilər. Həmçinin bəzi hallarda bu, infeksiyalara səbəb ola bilər. Buna görə mədəni bir müddət dincə qoymaq daha sağlam seçimdir.

4. Yemək zamanı

Yemək əsnasında su içmək həzmi çətinləşdirir, çünki bu, mədə turşusunun təsirini azaldır. Yeməkdən dərhal əvvəl su içmək isə mədəni genişləndirir və uzun müddətdə çəki artımına səbəb ola bilər.

5. Şirniyyat yedikdən sonra

Şirniyyat yedikdən sonra su içmək şəkərin daha sürətli qana qarışmasına səbəb olur. Bu, qanda şəkərin ani yüksəlməsinə, başgicəllənmə, yorğunluq və yuxululuq kimi hallara gətirib çıxara bilər.

6. Hamamdan sonra

Duş qəbul etdikdən dərhal sonra su içmək orqanizmin yorulmasına və qocalma prosesinin sürətlənməsinə səbəb ola bilər. Həmçinin sinir ağrılarına və sümük iliyi problemlərinə yol aça bilər. Su içmək üçün duşdan sonra ən azı 30 dəqiqə gözləmək tövsiyə olunur.

7. Qaçışdan sonra

İdmandan və ya ağır fiziki fəaliyyətdən dərhal sonra su içmək qaraciyər və dalağın böyüməsinə səbəb ola bilər. Bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər.

8. Acı qidalar yedikdən sonra

Acı qidalardan sonra su içmək onların təsirini artıraraq mədə qıcıqlanmasına, reflü, qastrit və bağırsaq problemlərinə səbəb ola bilər.

9. Yeməkdən əvvəl

Yeməkdən dərhal əvvəl su içmək mədə turşusunun miqdarını azaldır və həzmi çətinləşdirir. Bu da bağırsaqlarda qaz və şişkinlik problemlərinə gətirib çıxara bilər. Buna görə yeməkdən yarım saat əvvəl su içmək tövsiyə edilmir.

10. Yeməkdən sonra

Yeməkdən dərhal sonra su içmək həzmi ləngidir və mədə problemlərinə səbəb ola bilər. İslam alimləri də yeməkdən sonra dərhal su içməyin düzgün olmadığını bildirirlər.

Xatırlatma: Su içmə vərdişlərinə diqqət edərək sağlam həyat tərzi sürmək mümkündür. Doğru zamanda və düzgün miqdarda su içmək bədənə müsbət təsir göstərir. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top