ABŞ prezidenti Donald Tramp Konqresdə hər iki palatanın nümayəndələri qarşısında çıxış edib.
Demokrat.az-ın məlumatına görə, Tramp Ukrayna mövzusunda danışarkən bildirib ki, prezident Zelenskidən sülh danışıqlarına və mineral ehtiyatlarla bağlı müqaviləni imzalamağa hazır olduğu haqda məktub alıb.
“Bu gün mən Ukrayna prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir ki, Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır” - deyə Tramp deyib.
Məktuba görə minnətdarlığını bildirən ABŞ prezidenti həmçinin Rusiyadan da sülhə hazır olduqlarına dair "güclü siqnallar" aldıqlarını əlavə edib.
Tramp bu mövzuda danışarkən demokratların bəzi nümayəndələri zaldan çıxıb, senatorlardan biri isə Ukrayna bayrağı qaldırıb.
Vüqar Ağa
Demokrat.az