“Qod Nisanovun ifam xoşuna gəldi, mənə konvert göndərdi” — Azərbaycanlı müğənni (FOTO)

ŞOU-BİZNES 01 mart 2025, 22:59
Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövrdə yaşadığı çətinliklərdən danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, "Efirdən kənar" verilişində açıqlama verib.

Cavid deyib ki, o, Ukraynada olduğu müddətdə ona Azərbaycanəsilli iş adamı Qod Nisanov köməklik göstərib:

"Mənim işlədiyim restorana Qod Nisanov qonaq gəlmişdi. Həmin vaxt büdcə problemim var idi.

Onda sadəcə bir mahnı oxuya bildim. İfama reaksiya verdi, çox xoşuna gəldi, köməkçiləri mənə bir konvert gətirdi, verdi. Açanda gördüm ki, Ukraynada ev tutmağımdan, bilet almağıma, hətta Gəncədəki problemləri həll etməyimə bəs edəcək qədər məbləğ var". (Bizim.Media)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 mart 2025, 19:33
02 mart 2025, 19:16
Top