PKK atəşkəs elan etdi

DÜNYA 01 mart 2025, 10:11
PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Bu barədə Demokrat.az NTV-yə istinadənxəbər verir.

Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın "silahı yerə qoyun" çağırışına əməl ediləcəyi qeyd edilib: "PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən çağırışın tələblərinə əməl edəcəyimizi bildiririk. Hücum olunmadıqca silahlı fəaliyyət dayandırılacaq. Bu gündən atəşkəs elan edirik. Hücum edilmədikcə heç bir qüvvəmiz silahlı hərəkətə keçməyəcək".

PKK açıqlamada partiyanın qurultayını çağırmağa hazır olduqlarını qeyd ediblər, bunun üçün uyğun təhlükəsizlik mühitinin yaradılması və konqresin uğuru üçün Öcalanın şəxsən rəhbərlik etməsi tələbini irəli sürüblər.

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top