Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika musiqi festivalı keçiriləcək — FOTO

MƏDƏNİYYƏT 28 fevral 2025, 10:26
Martın 4-dən 9-dək Azərbaycanda ilk dəfə görkəmli bəstəkar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.

Demokrat.az xəbər verir ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramı, "Gəncənin döyünən ürəyi" adlı film və kitabın təqdimatı, "Sevil" operası, "Min bir gecə" baleti nümayiş etdiriləcək.

Martın 9-da baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top