"Bir sıra xarici media resurslarının ölkə daxilində fəaliyyətinin qadağan edilməsi doğru qərardır. Çünki kənardan Azərbaycana düşmən qüvvələr tərəfindən maliyyələşdirilən və Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən media qurumları ölkə daxilində olmamalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
"Bu, bütün dünya tərəfindən qəbul edilmiş məsələdir. Bəzi hallarda bunu söz azadlığının pozulması kimi qələmə verməyə çalışırlar. Dövlət maraqları, milli təhlükəsizlik məsələləri heç bir halda dövlət ərazisində həmin dövlətin maraqları xaricində fəaliyyət göstərə bilməz. Bütün dünyada qəbul edilən bu məsələdə heç bir kriminal yoxdur. Media orqanları qərəzsiz, tərəfsiz olmalıdır. Bu halda heç bir mətbuat orqanına qadağa qoyulmur. Xaricdən idarə olunan, maliyyələşdirilən qurumların bu kontekstdə qadağan edilməsi başa düşüləndir".
Əfsanə Kamal
Demokrat.az