Prokuror Ağadadaş Ağayevlə Nurəddin Cəlilova cəza istədi (YENİLƏNİB)

GÜNDƏM 27 fevral 2025, 17:14
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, müttəhim müğənniyə verilmiş ittiham məhkəmə istintaqı ilə də təsdiqini tapıb.

Bu əsasla Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək ona 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunmalıdır.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib.

Bir azdan başqa zalda insidentin digər iştirakçısı olan mühafizəçi Nurəddin Cəlilovun məhkəməsi başlayacaq. Cəlilov da xuliqanlıqda ittiham edilir. Həmin işdə Ağadadaş Ağayev zərərçəkmişdir.

Qeyd edək ki, Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə notarial qaydada barışıq əldə edib.

***

Nurəddin Cəlilovun da məhkəmə istintaqı tamamlanıb.

Prokuror onun 2 il 6 ay müddətə şərti məhkum edilməsini istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 13:20
Top