"Bu qəzaların ana xəttini təşkil edir" — Ekspert

GÜNDƏM 24 fevral 2025, 18:37
Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib. Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb. Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib. 

Yol-nəqliyyat hadisələrinin sayının azalması üçün hansı tədbirlər görülməlidir?

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O deyib ki, ən əsas şərtlərdən biri ehtiyatlı olmaqdır:

“Birinci növbədə insan təfəkkürünü, psixologiyasını yoldan çıxaran, onun nəqiyyət vasitəsini idarə etməz bir hala gətirən sürət həddinin aşmaq olmaz. Yəni, sürət həddi burada önəmli rol oynayır. Sürət üzrə maksimum 5 km/saat aşağı-yuxarı fərq  olar. Bu sürət həddini daha çox keçmək olmaz. Bu məsələnin əsas ana xəttini təşkil edir. Magistrallarda baş verən gündüz və gecə vaxtı olan qəzaların əsas xarakteristikana baxmaq lazımdır. Bu zaman da insanlar üçün yaranmış ən böyük  problem yolun işıqlandırılmayan sahələridir.  Qəzalar ən çox dayanmış və yaxud gedən nəqliyyat vasitəsinə çırpılma halları olur. Bunun üçün də ehtiyatlı olmaq lazımdır”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top