Qırmızı Xaç daha bir girovu İsrailə təhvil verib

DÜNYA 22 fevral 2025, 18:45
İsrail hərbi rəsmiləri Qəzza zolağında azad edilmiş daha bir girovu Beynəlxalq Qızıl Xaç Komitəsindən təhvil alıb. 

Demokrat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, İsrail vətəndaşı Hişam əl-Seyyid indi İDF və Ümumi Təhlükəsizlik qüvvələri ilə birlikdə İsrail sərhədini keçib. 

Həmin şəxsin 2015-ci ildən bəri Fələstin anklavında olduğu bildirilir.

Hişam əl-Seyyidi ərəb mənşəlidir. Bəzi məlumatlara görə, o, psixi pozğunluqdan əziyyət çəkir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 fevral 2025, 22:33
Top