Mədəniyyət Nazirliyinin nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər — FOTOLAR

MƏDƏNİYYƏT 20 fevral 2025, 23:06
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.

Nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb. 

Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.

Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Sonda xatirə şəkli çəkdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top