Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib

SİYASƏT 19 fevral 2025, 19:40
Fevralın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyanın (ARVK) inzibati binasında ARVK-nın sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

Görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov İşçi Qrupunun üzvlərini salamlayıb, cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.

Sonra görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.


Yekunda müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 11:01
21 fevral 2025, 09:26
Top