Ali Məhkəmədə barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Müğənni Nüşabə Musayeva ötən il ATV kanalında yayımlanan "Bizimləsən” verilişində atasının anasına xalası Canıyeva Şahsənəm Ağaddin qızı ilə xəyanət etdiyini demişdi.
Şahsənəm Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. O, Nüşabə Musayeva barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.
Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.
Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.
Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.
Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib. Qərardan narazı qalan müğənninin xalası kassasiya şikayəti vermişdi.