"5 il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi spirtli içki sahəsində tədqiqat apardı. Məlum oldu ki, ən bahalı restoranlarda, gecə klubların naməlum mayelər brend içki qablarına tökülüb satılır. Həmin qablar atılmır, yenidən doldurulur. Təəssüf ki, bundan sonra yeni tədqiqatlar aparılmadı. 2019-cu ildə spirtli içkilərin istehsalı üçün lazım olan lisenziyalar ləğv edildi. Hansı ki, həmin lisenziyalar verilən zaman monitorinq aparılırdı. Yaradılan bu münbit şəraitdən sonra 50-dən çox araq istehsalçısı meydana çıxdı, bazar daha da çirkləndi".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Ekspert bildirib ki, keçən ilin sonunda araqların minimum qiyməti təyin edilib:
"Ucuz istehsalçılar bazara çıxdı. Vətəndaşlar içkini ucuz qiymətə alsa da, keyfiyyətindən əziyyət çəkirdilər. Qərardan sonra ucuz satış edənlər də qiyməti qaldırdılar. Nəticədə istehlakçılar həm keyfiyyətdə, həm də qiymətdə uduzmağa başladılar. Standartlara uyğun olmayan spirtli içki istehsal edənlər sadəcə qiymətləri qaldırdılar".
Onun sözlərinə görə, standartlara uyğun olmayan içkilər xarici ölkələrdən də gətirilir:
"AQTA düzgün qərar verərək monitorinq aparır. Yəqin ki, AQTA Türkiyə ilə əlaqəyə keçib, təhlükəli içkilərin hansı partiyalar ilə Azərbaycana gəldiyini öyrənib, araşdırma aparacaq. İstehlakçılar üzərində "aksiz" markası olmayan spirtli içkini almamalıdırlar. Tarixi olmayan mallardan uzaq durmaq lazımdır. Şübhələndikləri məhsulla əlaqədar “qaynar xətt” ilə AQTA-ya müraciət etmələrini tövsiyə edirəm".
Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə spirtli içki istehlakından sonra kütləvi zəhərlənmə və ölüm halları baş verib. AQTA məsələ ilə bağlı ölkəmizdə də yoxlamaları gücləndirib.
Əfsanə Kamal
Demokrat.az