
“Dövlət atributlarından hər hansı birini məxsusi olaraq fərqləndirməyə, düşünürəm ki, ehtiyac yoxdur”.
Demokrat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri qeyd edib ki, bayraq sevgisi yalnız Dövlət Bayrağı Günündə deyil, hər gün, hər saat təbliğ edilməlidir:
“Vətəndaşlarda dövlətin bütün atributlarına hörmət və ehtiram təbliğ olunmalıdır. Bizdə İstiqlal Günü var. Bizə gerbi də, bayrağı da o gün gətirib.
Təbliğata gəlincə, hər gün, hər saat bayrağa hörmət təbliğ edilməlidir. Yoxsa ildə bir dəfə aksiya şəklində bayraq amilinə diqqət yetirmək doğru deyil”.