![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/5/18/1/e6d45e48-07f5-446e-9d98-51e810a455a3/tural-ismayilov.jpg)
"Azərbaycanla Gürcüstan arasında strateji, iqtisadi, mədəni mənada çox yaxşı dövlətlərarası münasibət formalaşıb. Gürcüstanla bir çox sahələrdə dərin əməkdaşlıq meyarlarına sahibik. Azərbaycanla Gürcüstan arasındakı münasibətlər qonşu ölkələr arasında münasibətlərin nə qədər inkişaf edə biləcəyinin əyani sübutudur".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"İllərlə Gürcüstan siyasi rəhbərliyində təmsil olunanlar Azərbaycan Gürcüstan münasibətlərinin əhəmiyyəti, iki ölkənin bir-birinə atdığı addımları ən yüksək səviyyədə nümayiş etdiriblər. Bu gün də Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlıq davam edir. Demək olar ki, hər il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana, və ya Gürcüstan siyasi rəhbərliyindəki müxtəlif simaların ölkəmizə səfərləri həyata keçirilir. Son olaraq Gürcüstanın baş naziri Azərbaycana səfər edib. O, yenə çıxışlarında Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin əhəmiyyəti və Gürcüstanın bu məsələdəki həssaslığını ifadə etmişdi. Sonuncu olaraq İraklı Kobaxidzenin cənab Prezident İlham Əliyevə qarşılıqlı əlaqələrə görə təşəkkür etməsi Gürcüstan rəhbərliyinin Azərbaycana olan hörmətini açıq-aşkar göstərir. Bu gün Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın əvəzedilməz töhfələri mövcuddur. Azərbaycanın bir sıra iqtisadi həmlələri bu gün Gürcüstan ərazisində iqtisadiyyata fayda verir. Gürcüstan isə bu baxımdan Azərbaycanın dəyərini yaxşı qiymətləndirməyi bacarır".
Əfsanə Kamal
Demokrat.az