"Türk ordusu rusları Rostova qədər qovar" — Rusiya Bakıya hücum edəcək?

SİYASƏT 13 fevral 2025, 14:54
O, Xəzər dənizindən, Dağıstandan qoşun yığıb, Bakıya gələ bilməz. Türk ordusu Azərbaycana gələcək.

“Rusiyanın bu dəqiqə Azərbaycana qarşı təsirli aqressiya təşkil etməyə gücü yoxdur. Bu, yüz faiz belədir. Onun bu dəqiqə belə bir gücü yoxdur. O, Xəzər dənizindən, Dağıstandan qoşun yığıb, Bakıya gələ bilməz. Türk ordusu Azərbaycana gələcək. Azərbaycanla müqaviləsi var. Türk ordusu rusları Rostova qədər qovar”.

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri dünən TV Müsavata müsahibəsində eks spiker Rəsul Quliyev deyib.
 
Onun sözlərinə görə, Rusiyanın Qarabağ müharibəsində professional olmuş Azəfrbaycan orusuna qarşı müharibə etməsi mümkün deyil: 

“Yeganə təhlükə Xəzər dənizi üzərindən Rusiyanın Azərbaycana nəsə atmasıdır. Onun üçün də əvvəldən tədbir görmək lazımdır. Türkiyə F16-larını gətirib Gəncədə saxlamışdı. <a href="https://savashmedia.az/turk-ordusu-ruslari-rostova-qeder-qovar-rusiya-bakiya-hucum-edecek" target="_blank">Görsək</a> ki, elə bir qorxu var, həmin F16-lar yenidən Azərbaycana gəlməlidir. O F16-lar Rusiyanın Xəzərdə olan gəmilərini 3 saata məhv edə bilər. Rusiyanın elə böyük gəmiləri yoxdur. Paralel İran da bizim əleyhimizə hərəkətə keçməz. İranla da söhbət etmək lazımdır. Xəzərin böyük hissəsi İrana aiddir. Türkmənistan, Qazaxıstan, müsəlman olan digər ölkələrlə iş aparmaq lazımdır. Putin başa düşməldiir ki, Azərbauycana qarşı hərəkət bütün müsəlman ölkələrini hərəkətə keçirəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top