Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? — Rəqəmlər

İQTİSADİYYAT 12 fevral 2025, 16:18
Azərbaycanda broylerlərdə istehsal edilən bir ədəd yumurtanın maya dəyəri 10,3 qəpik olub.

Demokrat.az xəbər verir ki, əvvəlki illə müqayisədə broyler yumurtasınnın maya dəyəri 3% artıb.

Maya dəyəri 10,3 qəpik olan broyler yumurtasının topdansatış qiyməti 15,4 qəpik, pərakəndə satış qiyməti isə təxminən 20 qəpik ətrafında dəyişib.

Məlumat üçün onu da bilirək ki, broylerlərdən fərqli olaraq fərdi sahibkar təsərrüfatlarında istehsal edilən bir ədəd yumurtanın (kənd yumurtası) maya dəyəri 21,5 qəpik olub.

Açıqlanan rəsmi məlumatlara görə, kənd yumurtasının maya dəyərinin 21,5 qəpik olduğu dövrdə topdansatış qiyməti maya dəyərindən aşağı – 15,5 qəpik olub. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top