Şirvanda beş evdən 53 min manatlıq oğurluq edən şəxs SAXLANILDI

HADİSƏ 12 fevral 2025, 09:53
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onun evlərdən 53 000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 fevral 2025, 12:41
Top