![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/1/16/1/b531909f-0190-4b3c-9997-5cf53e6b165b/menzil.jpg)
Bakıda mənzillərin kirayə qiymətləri əvvəlki aylara nisbətən artıb.
Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya əmlak eksperti Ramil Osmanlı münasibət bildirib.
Onun sözlərinə görə, əvvəllər kirayə mənzil bazarında ildə iki dəfə dəyişiklik baş verirdisə, son dövrlərdə bu, tez-tez olur.
"Mənzil fondu yeniləndikcə qiymətlərdə də yüksəlmələr müşahidə edilir".
Ekspert vurğulayır ki, xüsusən də, şəhərin mərkəzindəki evlərin kirayə qiymətləri yüksəkdir:
"Şəhərin köhnə və yeni tikili hissələri arasında da qiymətlər fərqlənir".
Daha ətraflı videomaterialda: