![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/7/1/598407fc-d5ca-4811-bd0c-555d19fca9ad/screenshot_2.jpg)
Macarıstanın “Ferençvaroş” klubunun idman direktoru Tamaş Haynal Julio Romao transferi barədə danışıb.
Demokrat.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın bu futbolçuya görə 5 milyon avro istədiyini bildirib:
“Bu transfer bizim üçün prioritet idi. Həmin mövqeyə keyfiyyətli futbolçu almalı idik və biz Romaonu heyətə qatdıq. Biz bir il öncə “Qarabağ”la danışıqlar aparmışdıq. Lakin Azərbaycan klubu bu keçid üçün bizdən 5 milyon avro istəmişdi. Həmin rəqəm “Ferençvaroş” üçün böyük məbləğ idi. Demək olar ki, hər “transfer pəncərəsi”ndə Julio üçün təklif göndərirdik. İndiki vaxtda isə Kadi Borxesi verib onu almaq ideal variant idi. Ona görə də razılaşdıq”.
Qeyd edək ki, “Ferençvaroş” futbolçusu Kadi Borxesin “Qarabağ”a keçidinə razılıq verib. Macarıstan klubu Azərbaycan təmsilçisindən isə Julio Romaonu heyətinə qatıb.