Qadınların yüksək vəzifəyə gələ bilməməsinin səbəbi nələrdir? — AÇIQLAMA

GÜNDƏM 04 fevral 2025, 17:47
"Qədim zamanlardan dövlət idarə olunmasında bir sıra sistemlər olub. Patriarxal, matriarxal və.s. Biz daim gender bərabərliyindən danışsaq da, məsələ idarəetməyə gəldikdə hər kəs gender bərabərliyini unudur. Şüuraltımızda qadının zəif varlıq olduğu fikir formalaşıb. İnsanlar qadınları zəif yox, zərif görsələr, bütün problemlər həllini tapar.Bu zaman artıq qadınlar da idarəetmə sisteminə gələ bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

"Qadınların hazırda bir çox məsələlərdə idarəedici tərəf olduğunu deyə bilərik. Əsl idarəedicilər hər zaman qadınlar arasından çıxır. Ailə büdcəsini də əksər hallarda qadınlar idarə edir. 

İdarəetmə sahəsində kişilər əllərində olan gücü, qüvvəti qadınlarla bölüşmək istəmirlər. Psixologiyaya baxdıqda isə qadınların daha emosional varlıqlar olduğunu görürük. Kişilər emosiyalarını daha az göstərir. Qadınların daha geniş düşünmə qabiliyyəti olması onların idarəedici sistemdə də güclü ola biləcəyi mənasına gəlir. Qadınlar emosinal olduğu üçün bəzi məsələlərə böyük reaksiya verə bilər və məsələni özəlləşdirə bilərlər. Kişilərdə isə əksinə emosionallığın olmaması iş prosesini zəiflədə bilir. İdarəetmə məsələlərində kişilərin və qadınların həm güclü, həm də zəif tərəfləri var. Bir sıra xarici insitutlarda da təklif edilirdi ki, kişilərə qadınlardan daha çox maaş verilsin. Qadınların daim biriləri tərəfindən qorunmağa, əzizlənməyə möhtac olduğunu düşünən cəmiyyət var. Bəzən özümüz də özümüzü zəif görürük".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 19:27
Top