Yaxın günlərdə təyyarə qəzasının ilkin nəticələri açıqlanacaq — RƏSMİ

GÜNDƏM 04 fevral 2025, 11:02
Aktau yaxınlığındakı təyyarə qəzasının ilkin nəticələri yaxın günlərdə açıqlanacaq.

Demokrat.az  tengrinews-a istinadla xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

“Mütəxəssislər son mərhələdədir, gözləyirik ki, yaxın günlərdə ilkin hesabat (qəzanın səbəblərinin araşdırılması ilə bağlı – red.) rəsmi olaraq saytımızda dərc olunacaq”.

Karabayevin sözlərinə görə, beynəlxalq, o cümlədən mütəxəssislərdən ibarət komissiyanın işi istintaqın “son mərhələsində”dir:

"Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə, əziyyətli işdir. Komissiya hər gün işləyir, biz son mərhələdəyik".

2024-cü il dekabrın 25-də AZAL sərnişini Embraer 190 Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i dünyasını dəyişib. Təyyarə Qroznıda bir neçə dəfə eniş cəhdindən sonra Aktauya istiqamət alıb. O, Qazaxıstan hava limanına təxminən 3 km qalmış qəzaya uğrayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top