"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

İDMAN 02 fevral 2025, 10:09
"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

Demokrat.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.

Misli Premyer Liqası
III dövrə, XXI tur

2 fevral
19:00. "Zirə" - "Qarabağ"


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabbarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 12:49
Top