"Bu, Azərbaycan dövlətinin ortaya qoyduğu iradənin haqlı olduğunu göstərir" — Millət vəkili

GÜNDƏM 30 yanvar 2025, 12:49
Rusiya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı hələ də kompensasiya ödəmir. Kreml mövcud məsuliyyətdən yayınmağa çalışır. Maraqlıdır, bu sonrakı proseslərə necə təsir edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan dövləti hadisə ilə bağlı dövlətimizin və millətimizin sərt iradəsini vurğulayıb:

“Təyyarəni korluğa vadar edən raket zərbəsinin endirilməsi və bunun nəticəsində təyyarənin alternativ hava limanlarına eniş edə bilməməsi, kapitan heyətinin bu cür qəhrəman bir qərar alması və sərnişinlərin yarısının sağ qalması böyük bir uğur idi. Bütün bu olanlarla bağlı qara qutunun analiz edilməsi, daha sonra istehsalçı ölkəyə göndərilməsi burada Rusiyanın müvafiq qurumdan əməkdaşlığın haqlı olaraq imtina edilməsi dilə gətirilmişdi”.

Millət vəkili bildirib  ki, son anda da Rusiya dövlət rəhbərliyinin etdiyi üzrxahlıq burada  baş verən ağır faciənin Rusiya hava qüvvələrinin məsuliyyətsizliyi ucbatından törədilməsinin etirafı kimi dəyərləndirilməli idi:

“Yalnız qara qutu deyil, aparılan istintaqın nəticələri də  həmin raket zərbəsini və buna məsuliyyət daşıyan o şəxslər artıq Azərbaycan tərəfinə bəllidir. Bununla bağlı geniş məlumatlar mediada yayılmaqdadır.  Bunun ardınca Rusiya tərəfindən kompensasiyanın verilməsi və digər məsuliyyət daşıyan şəxslər  cəzalandırıla bilərdi. Qlobal müharibədə olan dövlətin müxtəlif embarqolara və sanksiyalara məruz qaldığı vurğulanan tezislər mövcuddur. Bu da ondan ibarət idi ki, bu dövlət insan faciələrini nəzərə almır. Rusiya-Ukrayna müharibəsində bu geniş izah edilir. Amma indiki halda strateji  müttəfiqlik sənədi imzalanan bir ölkəyə-Azərbaycana olan münasibət nədir? Həqiqətən də  mülki insanların yer aldığı təyyarəyə qarşı baş verən qanunsuz və qəddar bir əməlin, hətta qəsdən olmayıbsa belə ondan sonrakı mərhələdə müvafiq tədbirləri görməklə özünə münasibəti doğrudan da müəyyən qədər dəyişmə imkanı ola bilərdi. Bu mənada Azərbaycan  dövlətinin burada ölkə rəhbərinin iradəsi tamamilə sərt və doğrudur. Digər addımları atmadan prosesi yenə uzatmaq, media məkanına yanlış məlumatları ötürmək, hökümət içərisində bəzi qüvvələrin qrup halında savaş apardıqlarını nümayiş etdirmək, məsələni başqalarının üzərinə atmaq  qəbuledilməzdir. Şübhəsiz ki, bu, dövlətlərarası münasibəti zədələyəcək bir addım olardı. Ona görə də qeyd etdiyimiz istiqamətdə gözləntiləri doğrultmaq  gələcəkdəki münasibətləri qorumaq imkanı deməkdir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top