Bəzi yerlərdə duman müşahidə olunub — FAKTİKİ HAVA

SOSİAL 29 yanvar 2025, 11:20
Yanvarın 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, yanvarın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Gəncə, Şəmkir, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Sabirabad, Cəfərxan, Biləsuvar, Ağdam, Sumqayıt, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top