Ombudsman bələdiyyə seçkilərində səs verib

DAXİLİ SİYASƏT 29 yanvar 2025, 08:59
Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində səs verib.

Demokrat.az xəbər verir ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Səbinə Əliyeva səsvermə hüququndan istifadə etdikdən sonra səsvermə prosesini müşahidə edib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 11:24
Top