Ukraynada son 10 ildə pravoslav dindarların sayı 15%azalıb.
Demokrat.az xəbər verir ki, bunu Ukrayna Razumkov Mərkəzinin sosioloji xidməti sorğuları sübut edib.
Məlumatlara əsasən, ölkədə pravoslav dindarların sayı azalıb. Əgər 2014-cü ildə respondentlərin təxminən 70%-i özlərini belə hesab edirdisə, 2024-cü ildə onların sayı 55%-ə qədər azalıb.
Yunan katoliklərinin isə sayı artıb. Əgər 10 il əvvəl 7,8% özlərini belə hesab edirdisə, hazırda onlar təxminən 11,9% təşkil edir. Respondentlərin təxminən 18%-i isə özünü ateist adlandırıb.
Qeyd olunur ki, sorğu 18 yaşdan yuxarı 2017 respondent arasında aparılıb. Bu yaxınlarda Ukrayna ictimaiyyətinin ölkədə milli birlik hökumətinin yaradılmasını dəstəklədiyidə bildirilib.
Əfsanə Kamal Demokrat.az

