İran bu ölkələrlə vizasız rejimə keçir

DÜNYA 28 yanvar 2025, 21:14
İran və Tacikistan gələn həftədən etibarən vizasız rejim tətbiq edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə İranın “Şəfəqna” xəbər agentliyi məlumat yayıb.

İran Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 3-dən etibarən Tehran və Düşənbə arasında hava nəqliyyatı ilə səyahət zamanı vizasız rejim yaradılacaq.

Adi beynəlxalq pasport sahibləri vizasız rejimdən yararlana biləcəklər. Onlar  30 gün ərzində səfər edən ölkədə qala bilərlər.

Yanvarın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin üzv ölkələr arasında viza rejiminin liberallaşdırılması məsələsinə baxdıqları barədə məlumat yayılmışdı.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top