Rusiyanın balıq və balıq məhsullarına qarşı sanksiyaların müddəti artırıldı

DÜNYA 29 yanvar 2025, 22:36
“Rusiya istehsalı olan balıq və balıq məhsullarına qarşı sanksiyalarının uzadılması uzunmüddətli perspektivdə Kreml üçün ciddi mənfi nəticələrə səbəb olacaq”. 

Demokrat.az
xəbər verir ki, bu sözləri Ümumrusiya Balıqçılıq Assosiasiyasının (VARPE) prezidenti German Zverev deyib.

O bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatı üçün mənfi nəticələrə və qlobal balıq bazarının əsaslı şəkildə yenidən qurulmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, Avropa İttifaqı dünyada ağ balığın əsas istehlakçısıdır və bu bazar Rusiyanın treska və pollock balığı idxalından asılıdır.

German Zverev əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar yerli emalçılar üçün əhəmiyyətli xammal çatışmazlığına və istehlakçılar üçün məhsulun qiymətlərinin artmasına da səbəb olub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top