Bakıda tutulan rusiyalı eks-hakim haqda qərar verildi

SİYASƏT 28 yanvar 2025, 15:13
Xəbər verdiyimiz kimi Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxalyeva Bakı aeroportunda saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Y.Xaxalyeva ekstradisiyasına kimi həbs tələbi ilə məhkəməyə çıxarılıb.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib. O, məhkəmə salonundan istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, keçmiş hakim Bakıdan Dubaya səfər etmək istəyərkən saxlanılıb. Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun 2016-2019-cu illərdə 127 iş günü işdə olmadığı və qanunsuz olaraq 1 milyon 195 min rubl maaş aldığı bildirilir.

Bu gün "RİA Novosti” təqsirləndirilən şəxsin tezliklə Rusiyaya ekstradisiya ediləcəyini yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top