"Viktoriya" MTK-nın rəhbəri 400 ailəni işıqsız qoydu ŞİKAYƏT — VİDEO

SOSİAL 25 yanvar 2025, 00:03

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Viktoriya" MTK-nın 4 yaşayış binasında 400 ailənin gecə saatlarında işığı kəsilib. Buna görə də sakinlər həyətə düşərək problemin səbəbini öyrənməyə çalışıblar.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, onların yaşadıqları binaya verilən elektrik enerjisi qəsdən kəsdirilib. Bunu edən şəxs isə MTK-nın sədri Azər Bünyadzadədir. İddialara görə, o, sakinlərin ödədiyi işıqpulunu "Azərişığ"ın balansına keçirməyib. Üstəlik də bu cür addımlarla binalarda kommunal ödənişləri qaldırmaq niyyətindədir. Sakinlər vaxtlı-vaxtında ödənişlərini MTK-ya köçürdüklərini, hazırda işıqpulu borclarının olmadığını bildirirlər.

Binanın həyətində "Xəzər Xəbər"in çəkiliş etdiyini görən MTK rəhbərliyi əraziyə gəlib və mövcud məsələdən xəbərsiz olduğunu bildirib.

Çox keçməyib ki, binaya elektrik enerjisinin verilməsi bərpa edilib. Sakinlər bu halın təkrar yaşanacağı təqdirdə aidiyyəti qurumlara müraciət edəcəklərini bildirdilər.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 yanvar 2025, 20:19
Top