Politoloq: "Avropa Birliyinin müşahidə missiyasının regionda qalması sülh və əmin amanlığa ciddi təhlükədir"

GÜNDƏM 25 yanvar 2025, 18:30
"Baş verənlər Ermənistanın ənənəvi ritorikasıdır. Qarşı tərəf istər müharibə dövründə, istərsə də müharibədən sonra eyni cür hərəkət edib. Yəni dildə müharibə dövründə də sülh danışıqlarının aparılması barəsində bəyanatlar səsləndirilir. Hətta müharibə getdiyi ərəfədə belə, məhz Azərbaycana məlum olduğu kimi, ən böyük zərbə elə Tehran görüşündə vurulmuşdu".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

"Yəni Ermənistan rəhbəri orada iştirak edərkən Azərbaycan torpaqlarının işğal prosesi davam etdirilirdi. Görüşlər getdiyi ərəfədə belə qarşı tərəf məhz öz avantürasından, öz işğalçılıq siyasətindən əl çəkmirdi. Nəticə etibarilə də bu gün Azərbaycan cəmiyyətində Ermənistana qarşı haqlı şəkildə bir inamsızlıq mühiti formalaşıb. Bunun da əsas səbəbi məhz bu ölkənin illərdir yeritdiyi siyasətidir. Yəni müharibə dövründə belə onların həyata keçirdikləri həmin danışıqları pozmaq siyasəti məhz bunun nəticəsidir. Sadəcə olaraq, özlərini bütün dünyaya belə göstərmək istəyirdilər ki, guya çox sülhpərvərdirlər, çox güclü şəkildə sülh istəyirlər. Ancaq buna təəssüflər olsun ki, əməl etmirdilər. Bu gün baş verənlər də bunu göstərir. 

Avropa Birliyinin müşahidə missiyasının regionda qalması, buna paralel şəkildə Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinin müxtəlif adlar adı altında regiona gətirilməsi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin amanlığa ciddi təhlükə törədəcək bir amildir və Azərbaycana qarşı həyasızcasına aparılmış binokl siyasəti də bunun bariz nümunəsidir. Eyni zamanda, Ermənistan Azərbaycanın əsas haqlı tələbi olan Ermənistan konstitusiyasındakı müvafiq maddələrinin dəyişdirilməsi barəsindəki əmlak bəndini görməzdən gəlir, ümumiyyətlə, Azərbaycanın tələblərini qəbul etmək istəmir. Bu, çox pis bir haldır və Ermənistan tərəfinin sözdə sülh deyib əməldə başqa hərəkət etdiyini göstərir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 yanvar 2025, 20:19
Top