Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi nə vəd edir? — ŞƏRH

GÜNDƏM 21 yanvar 2025, 13:47
Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.

 Maraqlıdır, bu sənəd proseslərin inkişafına hansı təsirləri göstərəcək?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Demokrat.az-a bildirib ki, Rusiya və İran arasında strateji tərəfdaşlıq məsələsi əvvəldən var idi, amma rəsmiyyətdə düşməmişdi:

“Yəni, İran və Rusiya bəzi regionlarda tərəfdaşlıq edirlər, amma atdıqları addımlar, yürütdükləri siyasət  çalışırlar ki,  bir-birinə zidd hərəkət etməsinlər. Bu da təbii ki, ümumi ortaq dəyərlər anlayışından irəli gəlirdi. Məsələn, həm İran, həm də Rusiya Qərbə qarşı bir aqressiya  formalaşdırılmışdı. Bu aqressiya fonunda Rusiya ilə İranın ortaq tərəfi var idi. Yəni onların ortaq bir “düşməni” var idi,  o da Qərb idi. Ona görə də bəzi məsələlərdə onlar strateji münasibət sərgiləyirdilər”.
Politoloq hesab edir ki, bu çox  ciddi dəyişimə gətirib çıxaracaq vəziyyət deyil:

“Yəni, ola bilsin ki, hər hansı məsələlərdə bəzən biri-birinin maraqlarını gözləyəcəklər, amma bu iki dövlət nəzərə almaq lazımdır ki, imperiya varisləridir. Onlar üçün imperiya maraqları, yəni şəxsi maraqları, dövlət maraqları başqa dövlətlə hətta strateji mütləfiqlik olsa belə yenə də önəm daşımır. Yəni, birinci özlərinin maraqlarını gözləyəcəklər, hər vəziyyətdə özlərinin maraqlarını qoruyacaqlar. Bəlkə də Rusiya-Ukrayna mübaribəsində İran Rusiyaya daha çox silah-sursat və hərbi texnika  verməyə imkan yaradacaq. Ola bilsin ki, bəzi regionlarda Rusiya ilə İran arasında bir uzlaşma ola bilər. Amma dövlət maraqları baxımına gələndə hər ki dövlətin geri adım atacağını düşünmürəm. O baxımdan hesab edirəm ki, bu dövlətlərarası bir əlaqələrin dərinləşməsə rəsmi baxımdan bir töhfə versə də, son nəticədə böyük bir qlobal dəyişikliyə gətirib çıxaracaq addımlar olmayacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top