Real TV-nin canlı efirində deputatın halı PİSLƏŞDİ

HADİSƏ 18 yanvar 2025, 12:14
Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.

Demokrat.az xəbər verir ki, hadisə Real TV-nin “Sabaha Elnarə ilə” proqramında baş verib.

Belə ki, proqramda çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev vacib mövzular ətrafında müzakirə aparırmışlar.

Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcı Elnarə xanıma müraciət edərək, özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.

Real TV-nin məlumatına görə, bir qədər sonra deputatın vəziyyəti yaxşılaşıb. Halının pisləşməsinə səbəb isə efir zamanə qan şəkərinin düşməsi olub. Hazırda Hikmət Babaoğlunun vəziyyəti yaxşıdır və o, öz evinə gedir.

Qeyd edək ki, Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top