Dağlıq rayonlara qar yağır — FAKTİKİ HAVA

SOSİAL 18 yanvar 2025, 11:31
Yanvarın 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, yanvarın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top