Tramp İrana maksimum təzyiq strategiyasına qayıdacaq

DÜNYA 16 yanvar 2025, 19:59
Tramp İrana maksimum təzyiq strategiyasını qaytarmaq niyyətindədir.

Demokrat.az
xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqton bu ilin fevralında Tehrana qarşı genişmiqyaslı sanksiyalar paketini qəbul edə bilər. Onların İran neft bazarının əsas oyunçularına təsir edəcəyi gözlənilir.

Materialda qeyd olunur ki, Trampın komandası hazırda Venesuelaya qarşı məhdudiyyətlərin tətbiqi imkanlarını öyrənir. Lakin indiyədək Vaşinqtonun Karakasa təzyiq etmək üçün mümkün strategiyasının təfərrüatları açıqlanmayıb.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top