Müğənni Xatirə İslam Almaniya səfəri zamanı başına gələnlərdən danışıb.
Axşam.az xəbər verir ki, "Zaurla Günaydın" verilişində qonaq olan sənətçi konsert üçün getdiyi Almaniyada xəstələndiyini deyib. O bildirib ki, həmin vaxt aptekdə ona dərman satmayıblar:
"Aptekdə mənə dərman satmadılar. Başım ağrıyır, deyirlər get, müayinə ol, səbəbi öyrən sonra. Axı mən indi başımın ağrısını kəsməliyəm".