Azyaşlılarda mövsümi virusların göstəriciləri nələrdir? — Pediatrdan AÇIQLAMA

SOSİAL 08 yanvar 2025, 16:10
Son dövrlər yayılan virusların digərləri ilə oxşarlığı insanlarda çaşqınlıq yaradır. Vəziyyətlə bağlı valideynlər övladları üçün xüsusilə narahat olurlar. Virusların göstəriciləri və uşaqları qorumağın yolları haqqında pediatr Günay Rəsulzadə Demokrat.az-a danışıb.

O bildirib ki, son dövrlərdə uşaqlarda olan qızdırmaların çoxu mövsümi influenzadır:

"İnsfluenzanın əsas əlaməti dirəncli qızdırmadır. Qızdırma dərmana tabe olmur. Düşdükdən sonra yenidən qalxır. Bununla birlikdə qusma, qarında ağrı, şiddətli öskürək, qulaq ağrısı, əzələ, oynaq ağrısı da özünü göstərir. Uşaqlarda virusa yoluxmanın əsas səbəbi kollektiv uşaqlarla birlikdə olmağıdır".

Pediatr qeyd edib ki, valideynlər bilməlidir ki, xəstə halda kollektiv içərisinə çıxmaq ən çox uşağın özündəki virus infeksiyasını ağırlaşdırır:

"Ağırlaşma halında uşaqlarda virus pnevmoniyası, otit, sinusit meydana gəlir. Bunların qarşısını peyvəndlə almaq mümkündür. İmmun sistemi zəif, allergiyası olan, xroniki xəstəliyi olan uşaqlarda infeksiya çox ağırlaşmaya səbəb ola bilər. Belə uşaqlara peyvənd mütləqdir".

Onun sözlərinə görə, qorunmaq üçün gigiyena qaydalarına əməl etmək mütləqdir:

"Eyni zamanda uşaqlar sağlam və balanslı şəkildə qidalanmalıdırlar. Meyvə, tərəvəz, protein və vitaminlərlə zəngin qidalar uşaqları virusdan qoruyur. Valideynlər azyaşlıların fiziki aktivlik göstərməsini təmin etməli, təmiz havaya çıxarmalıdırlar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 10:33
Top